Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kq "Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər" əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib.
Oxu.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.