“MixBin Electronics” şirkəti “iPhone 6”, “6s” və “7” modellərinə aid 260 min örtüyü satışdan geri çağırıb.
Oxu.Az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, adıçəkilən aksessuarlar kimyəvi yanıqlara səbəb olub.
İstehsalçı şirkət 19-u ABŞ-da olmaqla, ümumilikdə 24 yanıq xəsarəti alanlar barədə məlumat qeydə alındığını açıqlayıb. Xəsarət alanlardan biri ayaqlar, sifət, boyun, bədən və əllərin yuxarı hissəsində yanıqlardan şikayət edib. Yanıqlara səbəb örtüklərin içində olan mayedir.
Şirkət artıq təhlükə törədə biləcək bütün örtüklərin siyahısını dərc edib, bu örtükləri alanları isə onları qaytarmağa çağırıb. Şirkət ödənilən pulun tam qaytarılacağını da deyib.
İ.F.