Ukraynanın sabiq dünya çempionu Vladimir Kliçko idman karyerasını bitirməyə qərar verib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, 41 yaşlı ukraynalı boksçu britaniyalı Entoni Coşua ilə revanş görüşünə çıxmaqdan imtina edib.
Kliçkonun karyerasını bitirməklə bağlı qərarının səbəbləri məlum deyil.
Qeyd edək ki, Kliçko britaniyalı rəqibi Entoni Coşua ilə keçirdiyi 2 görüşdə nokautla məğlub olmuşdu.
Kliçko karyerasını bitirdi - VİDEO
İ.F.