Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İqor Kşnyakinin dostu: "Qəzadan sonra onunla 29 saniyə danışmışam"
"Qəzadan sonra onunla 29 saniyə danışmışam".
Oxu.Az "Müsavat TV"ə istinadla xəbər verir ki, bunu AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilot İqor Kşnyakinin 35 illik dostu deyib.
"Həftənin birinci günü onunla görüşmüşdük. Qəzadan dərhal sonra onunla 29 saniyə danışdım. Dedi ki, vəziyyətim çox pisdir. Başqa heç nə demədi", - deyə o qeyd edib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- AZAL və "PAŞA Travel" Yunanıstan və Monteneqroya çarter reyslərini elan edir
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır
- AZAL-ın təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxıldı