Ermənistan və Azərbaycan arasında münaqişə hərbi həllini tapmır, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfxəm bildirib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, İran İslam Respublikasının XİN-in rəsmi nümayəndəsi qonşu Ermənistan və Azərbaycanı razılıq əldə etmək üçün danışıqlara getməyə çağırıb.
Mərziyə Əfxəm bu günlərdə hərbi qarşıdurmada həlak olan hərbçilərə görə təəssüfləndiyini bildirib və hər iki tərəfi daha təmkinli olmağa çağırıb. (Trend).