Azərbaycanlı sələfilərin lideri Hacı Qamət Süleymanov cəbhə bölgəsində baş verən son olaylara münasibət bildirib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, Q.Süleymanovun tərəfdarlarına bəyan etdiyinə görə, cihaddan söhbət gedirsə, Qarabağ əsl cihaddır.
“İndiki müharibələr Qarabağ müharibəsinə oxşamır. Əgər cihaddan söhbət gedirsə, Qarabağ əsl cihaddır. Qarabağ Azərbaycanın torpağıdır. Ermənilər hamısı kafirdir. Bu baxımdan Qarabağı azad etmək bizim üçün vacibdir. Kim Qarabağa gedib döyüşsə və ölsə, əgər niyyəti gedəndə torpaqlarımızı azad etməkdirsə, o, inşallah, şəhiddir. Bizə vacib olan Qarabağdır və onu azad eləməkdir. Səfərbərlik olsa, hamımız Qarabağa getməliyik”.