İranın Firdovsi Fondu Nizami Gəncəvinin azərbaycanlı şair kimi təqdim edilməsinə etiraz edən bəyanat yayıb.
AzNews.az ISNA-ya istinadən xəbər verir ki, bəyanatda “Bakı bir neçə müddət bundan əvvəldən etibarən İranın mənəvi –tarixi əsərlərinə sahib çıxmaq niyyətindədir” deyə vurğulanır.
Fond rəsmi Bakının sifarişi ilə İtaliya paytaxtında Nizami Gəncəvinin heykəlinin ucaldılmasına etiraz edərək, N.Gəncəvinin Azərbaycan şairi kimi təqdim edilməsinə kəskin etiraz bildirib:
“Bundan əvvəl də tar YUNESKO-da Azərbaycan musiqi aləti kimi qeydə alınmışdı”.
Qeyd edək ki, Firdovsi Fondu 2005-ci ildə İranın Turizm və Mədəni İrs Təşkilatının lisenziyası ilə fəaliyyətə başlayıb.
www.aznews.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin