İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Cavad Heyətin vəfatı ilə bağlı başsağlığı verib.
Oxu.Az xəbər verir ki, səfirlikdən Qafqazinfo-ya verilən məlumata görə, başsağlığında deyilir:
“Görkəmli iranlı cərrah və həkim, Prof. Cavad Heyətin vəfatı münasibətilə mərhumun həyat yoldaşına, övladlarına, həmkarlarına və dəyərli ustadı sevənlərin hamısına başsağlığı verir, mərhumun ruhu üçün Allahdan rəhmət diləyirəm.
Ölkəmizin tibb və mədəniyyət ictimaiyyəti özünün ən görkəmli alimlərindən birini itirdi. O, özünün bərəkətli ömrünü şərafətli İran xalqına xidmətə sərf edib və gələcək nəslin yoluna işıq sala biləcək dəyərli töhfələr yadigar qoyub”.