Danimarka virus tapılmış ətlə bağlı araşdırmalara başlayıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, ilkin ehtimala görə, ölümə səbəb paytaxt Kopenhagen yaxınlığında yerləşən şirkətin buraxdığı sosislərdə “listeriya” adlı ölümcül bakteriyanın aşkarlanmasıdır. Listeriyaya qarşı labarator müayinələrin nəticələri 8 nəfərdə müsbət çıxıb. Bakteriya əsasən fiziki zəifləmiş insanlarda daha çox ölümə səbəb olur.
Xəstəlik Danimarkada sentyabr ayından yayılmağa başlayıb. Danimarka Səhiyyə Nazirliyi xəstəliyin hələ ki, nəzarətdə olduğunu bildirib. Səhiyyə rəsmiləri zərərli bakteriyanın yer aldığı ət məhsullarının məktəblərə, restoranlara satıldığını və ya xarici dövlətlərə ixrac olunduğunu müəyyənləşdirməyə çalışır.
Listeriyanın əsas simptomları bunlardır: yüksək bədən hərarəti, baş ağrıları, ishal, ürəkbulanma və qusma. Xəstəliyin özünü göstərmədiyi müddət 2 aya qədər davam edə bilər.