Ələt-Astara avtomobil yolunda yük avtomobilinin aşması ilə nəticələnən qəza baş verib.
Oxu.Az xəbər verir ki, qəzanı əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Bildirilib ki, hadisə fevralın 12-də saat 16:00-da Ələt-Astara yolunun 131-ci kilometrliyində qeydə alınıb.
"1985-ci il təvəllüdlü, İran vətəndaşı Səid Atakişi Tacbəxş DAF markalı, 77-JE-401 dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova