Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İrandakı sel Azərbaycana gələ bilər? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, İranın cənub bölgəsində güclü sel baş verib. Nəticədə 19 nəfər ölüb, 100 nəfərə yaxın insan isə yaralanıb.
Bəs İrandakı sel Azərbaycanda da müşahidə oluna bilərmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, İranda baş verən sel hadisəsinin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur:
“Sel İranın cənubunda baş verib. Həmin çaylar Fars körfəzinə tökülür. Azərbaycanla heç bir əlaqəsi yoxdur. Ölkəmizdə, sadəcə, gözlənilən yağışlarla bağlı çaylarda sululuğun artması gözlənilir”.
Asif Verdiyev qeyd edib ki, hazırda respublika çaylarında sabit sululuq müşahidə olunur:
“Aprel ayında çaylarda gur sululuq artacaq”.
İlhamə Əbülfət
Rəylər