Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda saxlanıldı
Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana "şüşə" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Oxu.Az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Narkotiklə bağlı tutulan iki nəfərdən 26 kq narkotik götürülüb
- Gömrük postunda alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik tapılıb
- Məsuliyyətdən yayınmaq üçün özünə xəsarət yetirən sürücü və sərnişini saxlanıldılar
- Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar
- Trampdan Castin Trüdoya gözlənilməz hədə: "Kanada ABŞ-nin 51-ci ştatı ola bilər"