Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələr daha çox İrandan gətirilir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
O bildirib ki, bir-iki hal Rusiya sərhədində qeydə alınıb:
“Ötən il DGK tərəfindən 130 kq-dan çox narkotik və psixotrop maddələr tutulub. Bunların çəkisinə baxanda üstünlük heroinin payına düşür. Bu, olduqca diqqəti cəlb edən faktdır. Çoxdandır kokain aşkar olunmurdu. Bununla bağlı indi yeni faktlar var. Ən qorxulusu odur ki, ölkə ərazisinə uyuşdurucu maddələr üçün xammal gətirilir. Eyni zamanda, külli miqdarda mobil telefon və zinət əşyaları aşkar olunaraq götürülüb”.