Kiyevdən deportasiya edildiyi zaman səhvən Bakıya gödərilən erməni Asatur Xaçaturyan geri göndərilib.
Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı yayıb.
Məlumata görə, Xaçaturyan 608 saylı Bakı-Kiyev reysi ilə geri göndərilib. Ermənistan XİN-in rəsmi Facebook səhifəsində bu barədə xəbər yer alıb.
Qeyd edək ki, Ukraynadan deportasiya edilən Xaçaturyanın İrəvan əvəzinə Bakıya göndərilməsi barədə məlumatı da ilk olaraq erməni mətbuatı onun anasına istinadən vermişdi.