Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanıldılar
Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Azərbaycan Respublikasında iş vədi ilə aldadılaraq ölkəyə gətirilən, iş icazəsi əldə edilmədən əmək fəaliyyətinə cəlb edilən, həmçinin ölkədə ünvan qeydiyyatına alınmadan və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşayan 9 əcnəbi saxlanılıb.
DMX-dən verilən məlumata görə, araşdırma nəticəsində həmin əcnəbilərin öz həmvətənləri tərəfindən 1 400-2 500 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.
Qanunsuz miqrasiyanın təşkilinə dair əsaslı faktlar müəyyən edildiyindən aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.
Ümumilikdə, 2023-cü ilin oktyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 1001 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 292 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 2 108 inzibati qərar qəbul edilib.
Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.
"DMX" teqi üzrə xəbərlər
- Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək
- Araz Əsgərli yüksək vəzifəyə TƏYİN EDİLDİ
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
- Dövlət Miqrasiya Xidmətinin rəisi: "Hazırda ən üstsəviyyəli olan tədbir COP29-da keçirilir"
- Vüsal Hüseynov: "İqlimlə bağlı fəlakətlər illik yerdəyişmələrin artmasına səbəb olur"
Rəylər