Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![İsa Həbibbəyli professoru işdən çıxardı: YENİ TƏYİNAT - FOTO](https://images.oxu.az/2024/04/02/17/49/28/65a2108f-4562-4aae-9e96-422adef88b2d/mvuMBFvOXrXoPeOq0XxVYKrX1pJ3AMg0HLChGrlE:1200.jpg)
İsa Həbibbəyli professoru işdən çıxardı: YENİ TƏYİNAT - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev vəzifəsindən azad edilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AMEA prezidenti İsa Həbibbəyli müvafiq sərəncam imzalayıb.
Akademiya rəhbərinin digər sərəncamı ilə MEK-in direktoru vəzifəsinə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov təyinat alıb.
Qeyd edək ki, 62 yaşlı M.Əliyev 2020-ci ildən MEK-in direktoru vəzifəsində çalışırdı.
Ən çox oxunanlar
Rəylər