Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsa Həbibbəyli “qızıl medal” məsələsinə aydınlıq gətirdi
Orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa “Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarılmayıb.
Əslində, bu məsələ heç qanun layihəsinin müzakirələrə çıxarılmış variantına daxil edilməyib. Sadəcə, qanun layihəsinin İşçi qrupu səviyyəsində müzakirələri zamanı səsləndirilən təkliflərdən biri də bu idi. Yəni, biz qanun layihəsi ilə bağlı təklifləri toplayırdıq və o zaman onların arasında qızıl medalla bağlı təklif də vardı.
Ancaq sonradan, yəni komitəmizin iclasının müzakirəsinə çıxarılan variantda bu məsələni qanun layihəsindən çıxarmışdıq. Milli Məclisin plenar iclasının birinci oxunuşuna tövsiyə olunan variantda bu məsələ yox idi.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli dilə gətirib.
Komitə sədri bu baxımdan, anlaşılmazlığa və əsassız söz-söhbətlərə ehtiyac olmadığını sözlərinə əlavə edib.
O qeyd edib ki, daha çox olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbulunun tərəfdarıdır.
“Bildiyiniz kimi, 2018-ci ilin növbədənkənar sessiyasında keçirilən plenar iclaslardan birində “Təhsil haqqında” qanuna parlament tarixində ən böyük dəyişikliklər edildi. Həmin vaxta qədər birdəfəlik hansısa qanuna bu qədər - 60-dan çox dəyişiklik edilməmişdi və onlar mütərəqqi, inqilabi dəyişikliklər idi.
O zaman dəyişikliklər arasında olimpiada qaliblərinin imtahansız qəbul məsələsi də yer almışdı. Çünki olimpiadalar bir elmi yarışdır və açıq rəqabət mühitidir. Burada hər şey daha açıq və şəffaf görünür. Bu baxımdan, olimpiada qaliblərinin qəbul zamanı dəyərləndirilməsi, onlara üstünlük verilməsi daha mütərəqqi bir məsələdir.
Amma bununla belə, qızıl medal məsələsinin üzərinə kölgə salmaq olmaz və bu yöndə iddiaları əksəriyyət etibarilə əsassız sayıram”, - deyə İ.Həbibbəyli əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
Rəylər