İşğal altında olan Qarabağ torpaqlarında baş vermiş qəzada beş erməni ölüb.
“Sputnik” xəbər verir ki, hadisə Şuşa şəhəri yaxınlığında olub.
Ermənistanın Syünik rayonundan gələn və Şuşaya gedən “QAZ 31105” markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində beş nəfər - sürücü və maşında olan dörd sərnişin yerindəcə keçinib.
Avtomobil Syünikin Tex kənd sakini, 27 yaşlı, kimliyi məlum olmayan şəxsə məxsusdur.