“Hazırda işğaldan azad edilmiş ərazilərdə monitorinq işləri aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağda 66 dəfə monitorinq aparılıb:
“657 su nümunəsi götürülüb. Oxçuçayın daha çox çirklənməyə məruz qalması məlum olub”.
O qeyd edib ki, nəticələr beynəlxalq təşkilatlara təqdim edilib.
İlhamə Əbülfət