"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində təhsil infrastrukturunun bərpası istiqamətində mühüm addımlar atılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, hazırda Zəngilan, Kəlbəcər və Şuşa şəhərlərinin hərəsində bir ümumi təhsil müəssisəsinin tikintisi davam etdirilir:
"Əlavə olaraq qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-26-cı tədris ilində isə Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır".
Nazirlikdən bildirilib ki, bununla yanaşı, işğaldan azad edilmiş digər bölgələrdə də təhsil müəssisələrinin inşası və mövcud binaların təmir-bərpası üçün layihələndirmə prosesi həyata keçirilir.
Məhərrəm Əliyev