Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İşğaldan azad olunmuş ərazilərdə 13 mindən çox əmlakın inventarlaşdırma işləri tamamlanıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılmasını həyata keçirməsi və məlumatları elektron informasiya sisteminə inteqrasiya etməsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə artıq 10 229 daşınmaz əmlak və 2 817 infrastruktur obyekti olmaqla, 13 046 əmlakın inventarlaşdırma işləri tamamlanıb.
Bu barədə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun məlumat verib.
Bununla yanaşı, 1 532 km avtomobil yolunun, 292 km elektrik, 45 km qaz və 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin (kanallar, arxlar və s.) inventarlaşdırılması başa çatdırılıb. 478 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq (elektron xəritələşmə) elektron məlumat bazasına daxil edilib.
Ümumilikdə, 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.
Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma işləri aparılacaq.
Ölkə prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- "Bakı Biznes Mərkəzi"nin direktoru işdən çıxıb
- İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb
- Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək
- Azərbaycanda bir dövlət qurumunun elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib