Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsi, Babək küçəsi 88 ünvanında küçənin girişinə şlaqbaum quraşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
İşıqfor olan küçəyə şlaqbaum qoydular - VİDEO
Şikayətçinin sözlərinə görə, bu səbəbdən taksi xidmətləri həyətə daxil ola bilmir, həmçinin şəxsi avtomobillə giriş-çıxışda da ciddi çətinlik yaranıb.
"Küçənin girişi işıqfordur, yol kənarında da dayanacaq var, ona görə məhəlləyə daxil olmadan yol kənarında maşın saxlamaq mümkün deyil", - deyə şikayətçi vurğulayıb.
Qaynar xətt:
(055) 224 12 12