Azərbaycanda bir gündə üç nəfər dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 22-də Binəqədi rayonu ərazisində yaşayan Sərmayə Ağarzayeva, İsmayıllı rayonunun Talıstan kəndində yaşayan Yeganə Qasımova və oğlu Fərid mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az