Bu gecə İsmayıllı rayonunun Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 225 m2 olan inkubator sexinin yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, inkubator sexinin içərisindəki ev quşları tüstüdən boğularaq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
A.M.