Muğanlı - İsmayıllı yolunda baş vermiş qəzada ölən şəxsin kimliyi bəlli olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ova gedən zaman avtomobil vurması nəticəsində həyatını itirmiş şəxs Rəhimov İfadə Şakir oğludur.
O, qəzanı törədən sürücü tərəfindən dərhal xəstəxanaya çatıdırlıb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, mərhum ora gələrkən onda həyat əlamətləri olmayıb.
00:35
Muğanlı - İsmayıllı yolunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası qeydə alınıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında İsmayıllı rayonunun Basqal kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, dünyasını dəyişən şəxs ova gedirmiş. Yolu keçən ovçunu avtomobil vurub.
O, təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun kimliyi hələ ki məlum deyil. O, Şamaxı morqunda saxlanılır.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Aydın