İsmayıllı sakini Atlas Əzimova həyətyanı sahəsində 25 ilə qədərdir ki, eyni qoz ağacından qoz yığır. Amma bu il yığdığı qozlar onu əməlli-başlı çaş-baş salıb.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, qozların bəziləri digərlərindən xeyli böyük, təxminən şaftalı meyvəsi boydadır.
Təəccübünü qonşuları ilə də bölüşən Atlas Əzimova yeməli olub-olmadığını bilmədiyindən yığdığı 200 kq qozu satmağa çəkinir. Mütəxəssislər isə bunu havaların şaxtalı keçməsinin tozlanma prosesinə təsiri ilə izah edir.
Lakin bu qozun keyfiyyətinə təsir göstərmir. Ağacın növbəti illərdə də məhz bu cür bar gətirəcəyinə gəlincə, mütəxəssisin fikrincə bu hal bir də təkrarlanmayacaq. Və həmin iri qozlar əkilsə belə köhnə qaydada bar verən ağac yetişəcək.
S.B.
www.oxu.az