Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsmayıllıda selin bəzi yollarda yaratdığı fəsadlar aradan qaldırılıb
Yağan güclü yağış nəticəsində yaranan sel suları İsmayıllı rayonunun bir neçə kəndinə gedən torpaq əsaslı və çınqıl örtüklü yollarda problemlərə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yağıntılar nəticəsində yaranmış problemlərlə bağlı ərazilərə Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan işlər çərçivəsində rayonun Zərnava, Müdri və digər kəndlərinə gedən yollarda sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, zəruri ərazilərdə dəmir suötürücü borular quraşdırılıb.
Sözügedən yolların hər birində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Yeddi yaşayış məntəqəsini birləşdirən yolda təmir işləri yekunlaşdı
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır
- Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanıldı
- Tərtər-Ağdərə avtomobil yolunun inşasına BAŞLANILIB
Rəylər