İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Qalacıq kəndində qeydə alınıb.
Kənd sakini 1965-ci il təvəllüdlü Bədirov Çingiz Sidqi oğlu yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürüb.
Uzun illərdir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasında stomatoloq həkim kimi çalışan Çingiz Bədirovun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Ailə üzvləri onun intihar etməsindən gec xəbər tutublar və Çingizin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az