İsmayıllı rayon sakini özünü asaraq öldürüb.
Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İstisu kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Çüriyeva Rəqibə Qurban qızı özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə kəndirlə asıb. Üç uşaq anası olan qadının özünə qəsd etməsinin səbəbi məlum deyil. Onun ağır sinir xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
E.Ə.
www.oxu.az