Birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün Bakıya səfərə gələn Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla qardaş ölkənin Azərbaycandakı səfirliyində görüş keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, naziri müşayiət edən nümayəndə heyətinin, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşlarının, iş adamlarının iştirak etdikləri görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən hərbi-texniki əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.
