Azərbaycan Xəbərlərinin məlumatına görə, MMA (qarışıq döyüş növləri) üzrə baş tutacaq döyüşdə Azərbaycanı təmsil edən Ceyhun Səfərov və ABŞ idmançısı Mickael Latif qarşı-qarşıya gələcək.
Superağır çəki kateqoriyasında (116 kq) baş tutan döyüş Ceyhun Səfərovun karyerası ərzində MMA üzrə keçirəcəyi 5-ci döyüş olacaq.
Bundan əvvəl idmançımız 3 dəfə Türkiyə (2000, 2001 və 2002-ci illər), dəfələrlə İstanbul, Mərmərə çempionatlarında ilk yeri, 2002 və 2002-ci illərdə Türkiyə və Bolqarıstan arasında keçirilən matçda 1-ci yeri (türk bayrağı altında) tutub, 2007-ci ildə isə Asiya birinciliyinin qalibi olub.
İdmanda aldığı zədələrdən sonra, xüsusilə də çiyin və diz bağlarının qırılması səbəbindən C.Səfərov beş ildir ki, məşqlərdən uzaq düşüb, döyüşlərə fasilə verib. Bu, beş illik fasilədən sonra idmançımızın ilk döyüşü olacaq.
Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək və Türkiyənin Beyaz TV, eləcə də 5 müxtəlif xarici telekanalla canlı yayımlanacaq.
İdmançımıza uğurlar arzulayırıq.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin