Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İstilik cihazları quraşdırılarkən nələrə diqqət edilməlidir?
Dəm qazından olan ölümlərin səbəbi əksər vaxtlarda insanların məsuliyyətsizliyidir.
Vətəndaşlar istilik cihazlarını düzgün quraşdırmır və təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu da bəzi vaxtlarda bədbəxt hadisələrlə nəticələnir.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi Vüsalə Zahirova bildirib ki, istifadə olunan qaz cihazlarına heç bir kustar üsulla müdaxiləyə yol verilməməlidir:
"Qaz cihazlarının işlədiyi məkanların hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Belə məkanlarda nəfəsliklər açıq olmalıdır. Hamam otaqlarında isə qapıların aşağı hissələrində dəliklər açılmalıdır. Bundan əlavə, tüstü bacaları ildə ən azı 2 dəfə təmizlənməlidir".
Daha ətraflı Baku TV-nin materialında:
"Mərkəzləşdirilmiş istilik sistemi" teqi üzrə xəbərlər
- İstilik təchizatı xidməti üzrə tariflər dəyişdi
- Paytaxtda bir neçə binanın istilik təchizatı kəsilib: Bir qurum digərindən cavab gözləyir
- Oğuzda bağçaya qaz verilmir: Uşaqlar soyuqda qalıblar
- Bakıdakı bəzi binalarda istilik sistemi işləmədiyindən mənzillər elektrik sobası ilə qızdırılır
- Bu xəbərləri qaçırmayın: 07.11.2024-ün ən mühüm hadisələri
Rəylər