İsveçin Sormland torpağının parlamenti kişilərə ayaq üstə sidik ifrazını qadağan edən qaydalar qəbul etmək istəyir.
Oxu.Az İsveç xəbərlərini ingilis dilində dərc edən The Local portalına isitnadən xəbər verir ki, yeni qanun Sol partiya (Left Party) tərəfindən fəal şəkildə irəli çəkilir və “kişilərlə qadınların hüquqlarını bərabərləşdirməyə” istiqamətlənib.
“Sol partiya” sosialistlər və feministlərin blokudur. Partiyanın nümayəndələri bu sosial təşəbbüslərini şərh edərkən bildiriblər ki, ictimai ayaqyolu yalnız oturaq yerlərlə təchiz olunmalı, pisuarlar isə cinslərin bərabərsizliyinin əlaməti kimi qadağan edilməlidir. Qanun layihəsinin müəllifi Viqqo Hansen həmçinin bunu tibbi və sosial baxımdan zəruri hesab edir. Partiya iddia edir ki, oturaq vəziyyətdə sidik ifraz etmək kişilər üçün daha gigiyenikdir – bu halda ayaqyolunda gölməçə və digər arzuolunmaz qalıqlar qalmır, bundan başqa, oturaq vəziyyətdə sidik ifrazı sağlamlıq üçün daha effektlidir.
Bununla yanaşı, qanun layihəsi onun necə yerinə yetiriləcəyini dəqiqləşdirmir. İsveçi, daha doğrusu Sormlandı polisin yeni növü – ayaqyolu polisi gözləyirmi? Yoxsa həmin yerlərdə videokameralar quraşdırılacaq? Bəlkə, ayaqyoludakı oturacaqlara təzyiq sensoru quraşdırılacaq ki, yalnız kimsə əyləşəndə işləsin? Hələlik bu barədə bir fikir bildirmək çətindir, amma yəqin ki, bu tipli qanun layihəsini fikirləşənlər onun icrasına da çarə tapa biləcəklər.