Bir müddət öncə it dişləməsindən sonra dünyasını dəyişən 5 yaşlı Zeynəb Mikayılovanın valideynləri səhlənkarlıq edən həkimlə bağlı Sumqayıt şəhər Prokurorluğuna şikayət ediblər.
Oxu.Az mia.az-a istinadən xəbər verir ki, zərərçəkənlər mərhumu müayinə və müalicə edən, işinə səhlənkar yanaşan həkimin qanun qarşısında cavab verməsini tələb edirlər.
Valideynlər uşağın düzgün müalicə edilmədiyini və məhz həkimin günahına görə öldüyünü iddia edirlər.
Xatırladaq ki, Sumqayıtda ötən ayın 31-də, 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası Zeynəb Mikayılzadəyə lazımi tibbi yardım göstərildiyini deyərək, onun dünyasını dəyişməsinə səbəb kimi immunitetinin aşağı olması və hemoqlobinin azlığını göstərir.
A.M.