Mayın 24-dən yoxa çıxan Sumqayıt şəhər sakini Elnur Fərəcov tapılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Fərəcov Elnur Nizami oğlu dünən Gəncə şəhərində tapılıb, ailəsinə sağ-salamat qayıdıb.
Qeyd edək ki, Elnurun yoxa çıxması ilə bağlı bir neçə gün əvvəl mediada məlumat yayımlanmışdı.