Sosial şəbəkənin Azərbaycan seqmentində bir qrup şəxsin itlərlə vəhşicəsinə rəftarının görüntüləri yayılıb. Sözügedən görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Belə ki, videoda aralarında güc balansı olmayan itlərdən birinin digərinə xəsarət yetirdiyi, hadisəyə şahidlik edən şəxslərin isə bunu coşqu ilə qarşıladığı əks olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır.
Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.
Məhərrəm Əliyev