Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda "Rus evi"nin binası boşaldılıb
Bakıda "Rus evi"nin yerləşdiyi bina boşaldılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, mərkəzin qapısı üzərindəki lövhə və həm rus, həm də Azərbaycan dilindəki yazılar sökülüb.
Həmçinin foyedəki məlumat xarakterli afişa və fotolar da yığışdırılıb.
Binanın xaricindən görünür ki, təşkilatın əvvəllər tədbirlər keçirdiyi foye və zalın divarlarından şəkillər, plakatlar və afişalar, rəflərdəki suvenirlər götürülüb, səyyar sərgi yığışdırılıb. Bəzi əşyalar hələ də yerində qalır.
Qeyd edək ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə "Rus evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.
"Rus evi" teqi üzrə xəbərlər
- Mariya Zaxarova "Rus Evi"nin və "Sputnik" redaksiyasının Azərbaycanda bağlanması ilə bağlı danışdı
- Rusiyalı politoloq Bakıda "Rus Evi"nin bağlanmasından danışdı
- Daha çox "Rus casus evi": Nə izi qalıb, nə də tozu!
- Azərbaycan-Rusiya münasibətlərində asimmetriya: Paritet lazımdır!
- Bakıdakı "Rus Evi" fəaliyyətini dayandırır - RƏSMİ