Moldova parlamenti Kişineuda "Rus evi"nin fəaliyyəti ilə bağlı Rusiya ilə sazişin denonsasiyasını təsdiqlədi.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilir ki, sözügedən qərar parlamentin iclasında yekun oxunuşda qəbul edilib. Hakim Fəaliyyət və Həmrəylik Partiyasından 52 deputat, habelə müxalif Evdə Demokratiya Partiyasından beş deputat sənədin lehinə səs verib.
"1998-ci il oktyabrın 30-da Moskvada imzalanmış Moldova Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişi denonsasiya etmək. Xarici İşlər Nazirliyi göstərilən sazişin denonsasiyası barədə Rusiya tərəfini məlumatlandıracaq", - deyə sənəddə bildirilib.