Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Moldova Rusiya diplomatını ölkədən çıxarır
İki Moldova rəsmisinin vətənə xəyanətdə ittiham olunması ilə bağlı yerli mətbuatda yayılan məlumatlardan sonra Rusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Bundan əlavə, Moldova XİN-in Rusiya səfirliyinin bir əməkdaşını "persona non grata" (arzuolunmaz şəxs) elan etdiyi məlum olub.
Bu barədə Oleq Vasnetsov nazirlikdən çıxdıqdan sonra jurnalistlərə bildirib.
Xatırladaq ki, Moldova Prokurorluğu Moldova parlamentinin əməkdaşının, eləcə də sərhəd polisi əməkdaşının dövlətə xəyanətdə və xarici səfirliyə məlumat ötürməkdə şübhəli bilinərək saxlanıldığını elan edib. Eyni zamanda, prokurorluq nə ölkəni, nə də məmurların adlarını açıqlayıb. Yerli mətbuatda həbs edilənlərdən birinin parlamentin hüquq şöbəsinin rəhbəri İon Kryanqe olduğu barədə məlumat yayılıb.
Rəylər