Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![AMB "PashaPay"ə məcburi göstəriş verib](https://images.oxu.az/2025/02/12/dxgYF6E9X8HQ26k5ApxKg99SKDVWdf5uXUKeX7gE:1200.webp)
AMB "PashaPay"ə məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "PashaPay" MMC-yə məcburi göstəriş verib.
Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında (ƏL/TMM) qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar olaraq, "Mərkəzi Bank haqqında" Qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən, "PashaPay" MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.