Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Norveçdə NATO-nun təlimləri ziyansız ötüşmədi: 200-dən çox şikayət var
Norveç Silahlı Qüvvələri 2024-cü ildə ölkədə keçirilmiş NATO təlimləri zamanı dəymiş zərərlə bağlı 213 şikayət alıb.
Oxu.Az NRK yayım korporasiyasına istinadla xəbər verir ki, Norveç hakimiyyəti hazırda şikayətlərə baxır və təzminat ödənişini yaya qədər başa çatdırmağı planlaşdırır.
Ümumi zərər 15 milyon Norveç kronu (1.3 milyon dollar) məbləğində qiymətləndirilir. Şikayətlərin çoxunu ətraf mühitin çirklənməsi, təqribən üçdə birini isə sakinlərə dəymiş maddi ziyan təşkil edir.
Qeyd edək ki, NATO-nun "Nordic Response 24" təlimləri ötən il (2024-cü il) martın 4-dən 15-dək Norveç, İsveç və Finlandiyanın şimal regionlarında keçirilib.
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- NATO rəsmisi: "Razılaşmalar Bakı-İrəvan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq"
- Mark Rütte: "Ukraynanın NATO-ya daxil olması artıq nəzərdən keçirilmir"
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
- Srgjan Kerim: "BMT TŞ-nin tərkibi dəyişməlidir, nizamnamə müqəddəs kitab deyil"
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz