Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Şeremetyevo aeroportunda kriminal aləmdə "Valter" ləqəbi ilə tanınan 80 yaşlı Valiko Ceceyanı saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Praym-Kraym" nəşrinin "Telegram" kanalında məlumat yayılıb.
Nəşrin məlumatına əsasən, hazırda fəaliyyətdə olan ən yaşlı kriminal avtoritet sayılan Valiko Ceceya uzun müddət Monteneqroda yaşasa da, viza müddəti bitdiyi üçün oranı tərk etmək məcburiyyətində qalıb. Rusiya vətəndaşlığı olan şəxs daha sonra Ermənistandan Moskvaya göndərilib. Valter Rusiya təhlükəsizlik qüvvələri əməkdaşlarının kriminal ierarxiyada təmsil olunub-olmaması ilə bağlı sualını cavablandırmaqdan imtina edib. Onun Moskvaya ikitərəfli sətəlcəm (pnevmoniya) xəstəliyi diaqnozu ilə getdiyi bildirilir. Valter əməliyyatdan sonra ölkə ərazisini tərk edəcəyinə söz verib.