Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlər nəticəsində rayon ərazisindən dörd qumbara, iki "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb.
Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
"Silah-sursat" teqi üzrə xəbərlər
- Ukraynada ABŞ hava hücumundan müdafiə sistemlərinin əvəz edilməsi prosesi başladı
- Dövlət Departamenti İsrailə milyardlarla dollarlıq yeni silah satışına RAZILIQ VERDİ
- ABŞ silahlarını alanlardan insan hüquqlarına riayət etmək tələbi LƏĞV OLUNDU
- Ağdərədə qanunsuz erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edildi
- Yanvarın 20-si Kubada matəm günü elan edildi
Ən çox oxunanlar