Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Müdafiə naziri təcili Putinə genişmiqyaslı nüvə sınaqlarına başlamağı təklif etdi. Kreml rəhbəri güc strukturlarına dərhal tapşırıq verdi.
Moldova-Rusiya münasibətləri gərginləşir. Ölkədə "Rus evi"nin fəaliyyəti dayandırıldı. Kremldən Kişineunun bu addmına cavab verildi.
Gürcüstanda kriminal aləmə qarşı genişmiqyaslı əməliyyat. Xüsusi təyinatlılara atəş açan azərbaycanlı zərərsizləşdirildi.
Taksi sürücülərinin bilikləri yoxlanılacaq. Dövlət İmtahan Mərkəzi imtahan keçirəcək.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: