İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun kim olacağı müəyyənləşib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, növbəti 4 ildə şirkətə kimin rəhbərlik edəcəyi Yayım Şurası üzvlərinin Milli Televiziya və Radio Şurasında keçirəcəyi iclasında məlum olub.
Yeni baş direktoru Yayım Şurasının üzvləri səsvermə ilə seçib.
Səsvermə nəticəsində Cəmil Quliyev yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.
Qeyd edək ki, yeni baş direktorun seçilməsi ilə əlaqədar MTRŞ tərəfindən elan olunmuş müsabiqəyə aprelin 12-dən 22-dək 5 nəfər sənəd vermişdi. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə 2013-cü ildə seçilən Cəmil Quliyevin səlahiyyət müddəti bu ay başa çatıb.

08:46
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə yeni seçiləcək şəxs öz vəzifəsinin icrasına seçkilərin nəticəsi bəlli olduqdan sonra başlaya bilər.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov deyib.
Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının bu gün keçiriləcək iclasında seçiləcək. Baş direktor vəzifəsinə namizəd Yayım Şurasının 9 üzvü tərəfindən keçiriləcək gizli səsvermə yolu ilə müəyyən olunacaq. Seçkinin nəticəsi iclasda dərhal açıqlanacaq: “Nəticə bilindikdən sonra seçilən şəxs artıq qanuni olaraq, İTV-nin baş direktoru sayılacaq”.
Qeyd edək ki, İTV-nin sonuncu baş direktoru Cəmil Quliyevdir. Onun səlahiyyət müddəti aprelin 23-də başa çatıb.
İTV-nin baş direktoru vəzifəsinə 5 iddiaçı var. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.
A.M.