Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İyunun 19-da 40 dərəcə isti olacaq
İyunun 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

"Hava proqnozu" teqi üzrə xəbərlər
- Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
- Aprelin sonuna doğru hava şəraiti dəyişəcək, yağış yağacaq
- Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - 26.04.2025
- Azərbaycan ərazisindəki bəzi çaylarda sululuq artıb
- Növbəti iki gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ