Fransada və bir çox ölkədə yayımlanan “Arte” televiziya kanalında Azərbaycandan bəhs edən 54 dəqiqəlik “Qafqaza qayıdış” filmi nümayiş olunub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, filmin əsas süjet xəttini 1850-ci ildə Azərbaycana səfərindən sonra 1858-ci ildə “Qafqaza səyahət” əsərini çap etdirən məşhur fransız yazıçısı Aleksandr Dümanın gəzdiyi yerlər barədə fransız tamaşaçılarına ətraflı məlumatlar təşkil edib.
Filmin ərsəyə gəlməsində müstəsna xidmətlərindən olan şəxslərdən biri də dünyaca tanınan aktyor Jerar Depardyedir.
Depardye Matyo Sapan adlı rəssam dostu ilə yazıçının Azərbaycanda olduğu bütün yerlərə baş çəkib.
Onun Bakıdakı “Neft daşları”ndan tutmuş Şamaxı, Şəki, Qafqaz sıra dağlarının ətəkləri və. s yerlərdə olduğu 54 dəqiqəlik film də göstərilib.