Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Jurnalist Mübariz Əhmədov Saatlıda dəfn olunub - YENİLƏNİB + FOTO
Dünən vəfat edən tanınmış jurnalist Mübariz Əhmədov dəfn olunub.
APA-nın məlumatına görə, Bakı Slavyan Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mübariz Əhmədov doğulduğu Saatlı rayonunun Musalı kəndində, yaxınlarının məzarlarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, onun ürək problemindən vəfat etdiyi bildirilir.
08:18
Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Mübariz Əhmədov vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun ölümünə infarktın səbəb olduğu deyilir.
Qeyd edək ki, Mübariz Əhmədov 12 iyun 1969-cu ildə Saatlı rayonunun Musalı kəndində dünyaya gəlib. Mübariz Əhmədov 2003-2006-cı illərdə Bakı Dövlət Universitetində, 2008-2012-ci illərdə Bakı Avrasiya Universitetində və nəhayət 2009-cu ildən indiyədək, əvvəlcə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları kafedrasında baş müəllim vəzifəsində, sonra islahatlarla əlaqədar olaraq BSU-nun Azərbaycan filologiyası və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti, daha sonra yeni islahatlara əsasən BSU-nun Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti vəzifəsində çalışıb.
2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun Etika və estetika şöbəsinin dissertantı kimi “Jurnalist etikasının problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 2018-ci ildə dosent elmi adı alıb.
Rəylər