Bu gün tanınmış jurnalist Namiq İbrahimov vəfat edib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, 1970-ci il təvəllüdlü N.İbrahimov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, N. İbrahimov Azərbaycanda “Zerkalo” və digər rusdilli mətbuat orqanlarında çalışıb. Son 1 ildə “Vesti.az” İnformasiya Agentliyində redaktor olub.
S.B.
www.oxu.az