Oxu.Az fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar olaraq təcrübə proqramı elan edir.
Proqrama qatılmaq istəyən, jurnalist olmaq arzusu ilə yaşayan savadlı və kreativ gənclər yay tətili günlərində Oxu.Az-da çalışa, öyrəndikləri bilikləri praktikada tətbiq edə biləcəklər.
Proqram çərçivəsində gənclərə öz istedadlarını nümayiş etdirmək, bu sahədə olan bacarıqlarını yoxlamaq üçün geniş imkanlar yaradılacaq, nəzəri və praktiki biliklər aşılanacaqdır. Oxu.Az təcrübə proqramında sizi peşəkar jurnalistlərdən ustad dərsləri, jurnalistikanın sirləri və real təcrübədə sınaq gözləyir. Proqramın sonunda ən yaxşı nəticə göstərmiş iki nəfər Oxu.Az-da işlə təmin olunacaq.
Əgər Azərbaycan və ya rus dilini mükəmməl bilir, internet jurnalistikaya maraq göstərirsinizsə, biz sizə peşəkar mühitdə inkişaf, mütəmadi treninqlər, maraqlı şəxslərlə ünsiyyət və iş imkanı təklif edirik.
Oxu.Az-ın təcrübə proqramında iştirak etmək üçün öz CV-zi editor@oxu.az ünvanına göndərə bilərsiniz.